Bakı. Trend:
ABŞ-ın keçmiş prezidenti Donald Tramp şənbə günü Pensilvaniyada tərəfdarlarının mitinqində iki ildən sonra yenidən ölkə lideri postuna namizədliyini irəli sürəcəyinə işarə edib.
Trend xəbər verir ki, bu barədə bazar günü "TASS" xəbər verir.
"Mənim rəhbərliyimdə biz Çinlə fermerlərimiz və istehsalçılarımız üçün inanılmaz dərəcədə faydalı olan ticarət müqaviləsi bağladıq, bu, ildə 50 milyard dollar gəlir gətirdi. Yəqin fikirləşirlər ki, mən prezidentliyə namizəd olacam. Bunu firiləşən çox sayda insan var", - deyə D.Tramp bildirib.
Onun sözlərinə görə, seçim ölkənin olub olmayacağıdır. "Respublikaçılar üçün bəlkə 51%, bəlkə də 49%. Ancaq ölkənin bu iki il davam edib-etməyəcəyini bilmirəm", - deyə D.Tramp əlavə edib.