Bakı. Trend:
Türkiyə noyabrın 19-da vaxtı bitəcək taxıl sazişinin müddətini daha bir il uzatmaq istəyir.
Trend Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bunu bazar ertəsi Ankaradakı mətbuat konfransında Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.
"Ukrayna Türkiyə vasitəsi ilə Rusiyaya zəmanət verib ki, Qara dənizdəki təhlükəsizlik dəhlizi hərbi məqsədlə istifadə edilməyəcək. Biz sazişin müddətinin daha bir il uzadılmasını təklif edirik” – deyə H.Akar bildirib.