...

Türkiyə xüsusi xidmət orqanları Suriyada 11 İŞİD terrorçusunu saxlayıb

Dünya xəbərləri Materials 19 Noyabr 2022 19:31 (UTC +04:00)
Türkiyə xüsusi xidmət orqanları Suriyada 11 İŞİD terrorçusunu saxlayıb

Bakı. Trend:

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) terror strukturlarının üzvlərinin zərərsizləşdirilməsi istiqamətində növbəti uğurlu əməliyyat keçirib.

Trend-in məlumatına görə, bu barədə Ankaradakı təhlükəsizlik mənbələrindən bildirilib.

MİT əməkdaşları yerli təhlükəsizlik qüvvələri ilə birlikdə Suriyanın şimalında İŞİD terror təşkilatının 11 üzvünü saxlayıb.

Silahlılar “Fərat qalxanı” antiterror əməliyyatı zonasında tutulub. Onların üzərində külli miqdarda partlayıcı və sursat aşkar edilib.

İlk dindirmə zamanı silahlılar Suriyanın şimal-şərqindəki Həsəkə bölgəsindəki "Quveyran" həbsxanasına edilən hücumlara maddi-texniki dəstək və silah təmin etdiklərini etiraf ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti