...

Kanadada 100 mindən çox ev işıqsız qalıb

Dünya xəbərləri Materials 5 Dekabr 2022 00:38 (UTC +04:00)
Kanadada 100 mindən çox ev işıqsız qalıb

Bakı. Trend:

Şənbə günü axşam saatlarında Kanadanın Ontario vilayətində əsən güclü küləklər səbəbindən 100 mindən çox ev təsərrüfatı və digər tikililər işıqsız qalıb.

Trend-in məlumatına görə, bu barədə "CBC" televiziya kanalı xəbər verib.

Məlumata əsasən, xüsusilə, Toronto və onun ətraf rayonlarının sakinlərinə təbii fəlakət nəticəsində ziyan dəyib. Milli Meteorologiya Bürosunun məlumatına görə, küləyin sürəti yerlərdə 27 m/s-ə çatıb. Nəticədə bölgədə yüzlərlə ağac aşıb, elektrik xətləri sıradan çıxıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti