Bakı. Trend:
Türkiyənin İstanbul şəhərinin Alibeyköy rayonunda sərnişin avtobusu tramvayla toqquşub.
Trend “TRT”yə istinadən xəbər verir ki, ilkin məlumata əsasən 19 nəfər yaralanıb. Yaralılardan 4-nün vəziyyəti ağırdır. Hadisə yerinə təcili yardım, polis və xilasedicilər cəlb edilib.
Qəza yerində xilasetmə əməliyyatları davam etdirilir.