...

İsrail və Fransa Hərbi Hava Qüvvələri birgə təlimlər keçirib

Dünya xəbərləri Materials 7 Dekabr 2022 00:41 (UTC +04:00)
İsrail və Fransa Hərbi Hava Qüvvələri birgə təlimlər keçirib

Bakı. Trend:

Bu gün İsrail və Fransa Hərbi Hava Qüvvələrinin birgə təlimləri başa çatıb.

Trend xəbər verir ki, bu barədə çərşənbə axşamı İsrail Müdafiə Ordusunun mətbuat xidmətindən bildirilib.

"Bu gün (çərşənbə axşamı - red.) İsrail Hərbi Hava Qüvvələri və Fransa Hərbi Hava Qüvvələrinin İsrail səmasında havada qarşılıqlı fəaliyyətin işləndiyi "Şərq küləyi" beynəlxalq təlimi başa çatıb", - deyə mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, təlim manevrləri əsnasında "Fransanın aviadaşıyıcı hücum qrupu Aralıq dənizinə gəlib." "İsrail və Fransa Hərbi Hava Qüvvələrinin ekipajları birgə zərbələr endirib və hava təhdidlərinə qarşı mübarizə aparıblar", - deyə mətbuat xidmətindən əlavə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti