...

Amerikalı basketbolçu ilə rusiyalı iş adamı dəyişdirildi

Dünya xəbərləri Materials 8 Dekabr 2022 18:10 (UTC +04:00)
Amerikalı basketbolçu ilə rusiyalı iş adamı dəyişdirildi

Bakı. Trend:

Həbsdə olan amerikalı basketbolçu Brittni Qraynerlə rusiyalı biznesmen Viktor But mübadilə olunub.

Trend Rusiya mediasına istinadən xəbər verir ki, ABŞ-ın və Rusiya Federasiyasının islah müəssisələrində cəza çəkən məhbusların dəyişdirilməsi proseduru Əbu-Dabi hava limanında baş tutub.

Xatırladaq ki, Qrayner 4 avqust 2022-ci ildə narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinib və Rusiyada 9 il həbs cəzası, 1 milyon rubl cəriməyə məhkum edilib.

Viktor But isə 2008-ci il martın 6-da Tailandda həbs olunaraq ABŞ-a ekstradisiya edilib. Amerika məhkəməsi iş adamını ABŞ hakimiyyətinin terror təşkilatı hesab etdiyi Kolumbiyanın İnqilabçı Silahlı Qüvvələrinə (FARC) silah satmaqda təqsirli bilib. But özünü təqsirli bilməsə də, 25 il müddətinə azadlıqdan məhrum edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti