...

Braziliya millisinin məğlubiyyətindən sonra baş verən silahlı insident nəticəsində bir nəfər ölüb

Dünya xəbərləri Materials 10 Dekabr 2022 06:10 (UTC +04:00)
Braziliya millisinin məğlubiyyətindən sonra baş verən silahlı insident nəticəsində bir nəfər ölüb

Trend-i buradan izləyin

Bakı. Trend:

Cümə günü futbol üzrə Braziliya milli komandasının Xorvatiya ilə dünya çempionatının 1/4 final matçında uduzmasından sonra baş verən silahlı insident nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.

Trend "TASS"a istinadən xəbər verir ki, hadisə San-Paulu ştatının Barreteş şəhərində baş verib. Matçın bitməsindən az sonra ticarət mərkəzində başlayan münaqişə ticarət mərkəzinin qarşısında davam edən və atışma ilə nəticələnən kütləvi davaya çevrilib.

Bildirilir ki, hadisə nəticəsində 17 yaşlı qız odlu silahdan atəş açılması nəticəsində ölüb.

Polisin məlumatına görə, dörd nəfər avtomobillə hadisə yerindən qaçıb. Münaqişənin səbəbləri açıqlanmır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti