Bakı. Trend:
Bəşəriyyət daha bir pandemiya ilə üzləşəcək.
Trend xəbər verir ki, bunu çərşənbə günü ABŞ-Afrika sammitində çıxışı zamanı ABŞ Prezidenti Co Bayden deyib.
"COVID-19-un yayılması ilə mübarizə aparsaq belə, biz daha güclü səhiyyə sistemləri və institutları qurmağa, səhiyyə xidmətinə universal əlçatanlığı təmin etmək üçün səyləri gücləndirməyə davam edirik", - deyə C.Bayden bildirib.
ABŞ Prezidenti qeyd edib ki, səlahiyyətlilər bütün bunları yeni pandemiyaya hazırlaşmaq üçün edir.
"Və o (pandemiya - red.), mütləq olacaq", - deyə C.Bayden əlavə edib.