Bakı. Trend:
Yunanıstan Hərbi Hava Qüvvələri Egey dənizi üzərində Türkiyə təyyarələrinin qarşısını almağa cəhd edib.
Trend xəbər verir ki, bu barədə şənbə günü Türkiyənin Milli Müdafiə Nazirliyinin "Twitter" səhifəsində deyilir.
"Yunanıstan Hərbi Hava Qüvvələri beynəlxalq hava məkanında NATO missiyası çərçivəsində tapşırıqları yerinə yetirən təyyarələrimizin qarşısını almağa cəhd edib, onlara lazımi cavab verilib. NATO missiyası uğurla başa çatıb", - deyə paylaşımda bildirilib.