...

ÜST rəhbəri Çində COVID-19-a yoluxma hallarının artmasından narahatdır

Dünya xəbərləri Materials 22 Dekabr 2022 07:58 (UTC +04:00)

Bakı. Trend:

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Çində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarının artmasından narahatdır.

Trend xəbər verir ki, ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus Çində yayılan genişmiqyaslı koronavirus dalğasından narahat olduğunu bildirib/

O, ölkə hakimiyyətini əhalinin həssas təbəqələrinin peyvəndlənməsini sürətləndirməyə çağırıb.

2020-ci ildən Çində “Sıfır COVID” strategiyası həyata keçirilir: virusun yayılmasını məhdudlaşdırmaq üçün yoluxmuş insanlarla təmasda olanlar üçün məcburi karantin tətbiq edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti