...

Maykl Blumberq “The Wall Street Journal” qəzetinin naşirini ala bilər

Dünya xəbərləri Materials 24 Dekabr 2022 06:49 (UTC +04:00)
Maykl Blumberq “The Wall Street Journal” qəzetinin naşirini ala bilər

Bakı. Trend:

Amerikalı milyarder Maykl Blumberq dünyanın aparıcı maliyyə informasiya agentliklərindən biri və “The Wall Street Journal” qəzetinin naşiri “Dow Jones”u almaq imkanını araşdırır. Bu barədə “Axios” portalı məlumat yayıb.

Trend-in məlumatına görə, “Dow Jones”un alınmasından sonra “Bloomberg” şirkəti maliyyə informasiya bazarında ən böyük oyunçuya çevrilə bilər. Lakin Maykl Blumberq şirkəti almaq barədə onun sahibi Rupert Merdoka müraciət etməyib, habelə bu imkanı dəyərləndirmək üçün rəsmi üçüncü şəxsləri, məsələn, bankirləri işə cəlb etməyib.

Məlumata görə, Blumberq “The Washington Post” qəzetini almaq barədə də düşünür. Lakin bu sövdələşmədə nəşrin sahibi Ceff Bezosun maraqlı olması vacibdir.

“Bloomberg” transmilli media holdinqdir. Dünyanın aparıcı maliyyə və iqtisadi məlumat provayderlərindən biri hesab edilən maliyyə xəbərləri xidmətinə, nəşriyyata, internet portalına, bir neçə telekanala və radiostansiyaya sahibdir. İllik gəliri təxminən 10 milyard dollardır. Səhmlərin 88 faizi Maykl Blumberqə məxsusdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti