Bakı. Trend:
Koreya Respublikası Hərbi Hava Qüvvələrinə məxsus KA-1 yüngül hücum təyyarəsi bazar ertəsi Kanvondo əyalətində qəzaya uğrayıb.
Trend xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Məlumata əsasən, insident yerli vaxtla təxminən saat 11:40-da (Bakı vaxtı ilə 06:40) baş verib.
Bildirilir ki, təyyarənin göyərtəsində 2 pilot olub, onlar xəsarət almayıb, lakin xəstəxanaya göndəriliblər.
Qəzanın səbəbi araşdırılır.