...

Ərdoğan Bəşər Əsədlə görüşəcəyini bildirib

Dünya xəbərləri Materials 5 Yanvar 2023 16:08 (UTC +04:00)
Ərdoğan Bəşər Əsədlə görüşəcəyini bildirib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya-Türkiyə-Suriya olaraq bir prosesə başladıq. Xarici işlər nazirlərimizi bir araya gətirəcəyik, sonra da baş verənlərə görə lider olaraq bir araya gələcəyik.

Trend-in məlumatına görə, bu barədə bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AK Partiya) iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, Rusiya-Türkiyə-Suriya olaraq kəşfiyyat xidməti və müdafiə nazirliklərinin rəhbərlərinin Moskvadakı görüşü ilə bir proses başladı.

"Xarici işlər nazirlərimizi üçlük olaraq yenidən bir araya gətirəcəyik. Daha sonra baş verənlərə görə lider olaraq bir araya gələcəyik. Bizim narahatlığımız bölgədə sülh və əmin-amanlığın təmin edilməsi və sülhün hökm sürməsidir", - deyə R.T.Ərdoğan əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti