...

İranda neft-qaz şirkətində silahlı insident: Ölən və yaralanan var

Dünya xəbərləri Materials 7 Yanvar 2023 12:40 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün səhər saatlarında İranın cənub-qərbində yerləşən Kohgiluyə və Buyir Əhməd vilayətində Gəçsaran Neft-Qaz Hasilatı Şirkətində silahlı insident baş verib.

Trend-in məlumatına görə, bunu İranın Gəçsaran rayonunun qubernatoru Rəvanbəxş Deyhom deyib.

R.Deyhomun sözlərinə görə, şirkətin kimya məsələləri üzrə idarəsinə daxil olan şəxs silahla atəş açıb. Nəticədə 1 nəfər ölüb və 2 nəfər yaralanıb.

Atəş açan şəxs saxlanılıb. Hadisə ilə əlaqədar araşdırma aparılır.

Qeyd edək ki, İranın Gəçsaran Neft-Qaz Hasilatı Şirkəti Cənub Neft Zonaları Milli Şirkətinin tabeliyində fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti