Bakı. Trend:
Meksikanın paytaxtı Mexikoda metroda iki qatarın toqquşması nəticəsində bir nəfər ölüb, 16 nəfər xəsarət alıb.
Trend xəbər verir ki, bu barədə şəhər şurasının sədri Klaudiya Şeynbaum "Facebook" səhifəsində deyib.
Hadisənin səbəbləri ilə bağlı məlumat hələlik açıqlanmayıb.
Xilasetmə əməliyyatı davam edir.