...

İtaliya sahillərində zəlzələ olub

Dünya xəbərləri Materials 26 Yanvar 2023 17:47 (UTC +04:00)
İtaliya sahillərində zəlzələ olub

Bakı. Trend:

Adriatik dənizinin İtaliya sahillərində 4,4 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, bu barədə Avropa-Aralıq Dənizi Seysmoloji Mərkəzi xəbər verib.

Yeraltı təkanların episentri təqribən 29 min nəfərin yaşadığı Çerviya şəhərindən 5 km şərqdə yerləşir. Ocaq 10 km dərinlikdə yerləşib.

Dağıntılar və zərərçəkənlər haqqında məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti