...

"SpaceX" şirkəti "Starlink" İnternet peyklərinin üçüncü partiyasını orbitə çıxaracaq

Dünya xəbərləri Materials 30 Yanvar 2023 06:53 (UTC +04:00)

Bakı. Trend:

"Falcon 9" daşıyıcı raketi bu gün "Starlink" qlobal İnternet əhatə dairəsinin orbital qrupunu artırmaq üçün 49 mini peykdən ibarət daha bir partiya ilə orbitə çıxacaq.

Trend-in məlumatına görə, bu barədə "SpaceX" şirkətindən bildiriblər.

Məlumata əsasən, buraxılış ABŞ-ın Kaliforniyadakı Vandenberq Kosmik Qüvvələri bazasında "SLC-4E" buraxılış meydançasından Sakit okean sahili vaxtı ilə saat 08:34-də baş tutacaq.

Bu, "Starlink" layihəsi çərçivəsində 2019-cu ilin may ayından etibarən internet peykləri qrupunun 71-ci, bu ay isə üçüncü buraxılışı olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti