...

Norveç "Leopard 2" tanklarını ən qısa zamanda Ukraynaya göndərəcək - müdafiə naziri

Dünya xəbərləri Materials 31 Yanvar 2023 02:51 (UTC +04:00)
Norveç "Leopard 2" tanklarını ən qısa zamanda Ukraynaya göndərəcək - müdafiə naziri

Bakı. Trend:

Norveç "Leopard 2" döyüş tanklarının bir hissəsini ən qısa zamanda Ukraynaya göndərəcək.

Trend xəbər verir ki, bu barədə Norveçin müdafiə naziri Byorn Arild Qram "AFP" agentliyinə müsahibəsində deyib.

"Norveç Almaniya istehsalı olan "Leopard 2" döyüş tanklarından bir hissəsini ən qısa zamanda Ukraynaya göndərəcək, bu da yəqin ki, martın sonunda baş verəcək", - deyə müdafiə naziri bildirib.

Norveçin hazırda 36 ədəd "Leopard 2" tankı var, lakin nə qədərini Ukraynaya göndərəcəyi məlum deyil.

"Hələ rəqəmlə bağlı qərar verməmişik", - deyə Byorn Arild Qram bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti