...

Nigeriya "Starlink" internet şəbəkəsinə qoşulub

Dünya xəbərləri Materials 31 Yanvar 2023 06:04 (UTC +04:00)
Nigeriya "Starlink" internet şəbəkəsinə qoşulub

Bakı. Trend:

"SpaceX" şirkəti Nigeriyanın “Starlink” internet xidmətlərinə çıxışını təmin edib.

Trend xəbər verir ki, bu barədə "SpaceX" şirkətinin "Twitter" hesabında məlumat verilib.

Bildirilir ki, Nigeriya Afrika qitəsində şirkətin xidmətlərindən istifadə edəcək ilk ölkə olub.

Qeyd edək ki, "Starlink" şəbəkəsi 260 kq ağırlığında çoxlu sayda cihazları yerləşdirməklə İnternetə çıxışı təmin etmək üçün nəzərdə tutulub. "SpaceX" hesab edir ki, cəmi 11 min peykin orbitə buraxılması və istismara verilməsi 10 milyard dollara başa gələcək. Şirkətdən verilən məlumata görə, o, 5G standartına uyğun gələn 1 gb/s sürətlə genişzolaqlı internetə çıxışı təmin edə biləcək. 2019-cu ilin may ayından etibarən "SpaceX" 3200-dən çox "Starlink" peykini orbitə çıxarıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti