...

Netanyahu fevralın 2-də Fransaya səfər etməyi planlaşdırır

Dünya xəbərləri Materials 31 Yanvar 2023 03:28 (UTC +04:00)
Netanyahu fevralın 2-də Fransaya səfər etməyi planlaşdırır

Bakı. Trend:

İsrailin baş naziri Binyamin Netanyahu fevralın 2-də Fransaya rəsmi səfər etməyi planlaşdırır.

Trend xəbər verir ki, bu barədə "Yedioth Ahronoth" qəzeti məlumat yayıb.

Qeyd edilir ki, bu, onun 2022-ci il dekabrın sonunda baş nazir postuna qayıtdıqdan sonra xaricə ilk səfəri olacaq.

Məlumata əsasən, Fransada И.Netanyahunun bu ölkənin prezidenti Emmanuel Makronla görüşü planlaşdırılır.

Bildirilir ki, baş nazir İsrailə şənbə günü axşam dönməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti