...

ABŞ-da qar fırtınası səbəbilə yol qəzalarında 9 nəfər ölüb

Dünya xəbərləri Materials 2 Fevral 2023 23:32 (UTC +04:00)
ABŞ-da qar fırtınası səbəbilə yol qəzalarında 9 nəfər ölüb

Bakı. Trend:

ABŞ-da qar fırtınası bu həftə bir sıra yol qəzalarına səbəb olub.

Trend "Associated Press"ə istinadən xəbər verir ki, sözügedən yol qəzaları nəticəsində azı 9 nəfər həlak olub.

Bildirilir ki, ölüm hallarından 7-si Texas ştatında, 2-si isə Oklahoma və Kanzasda qeydə alınıb.

Bundan əlavə, əlverişsiz hava şəraiti ilə əlaqədar həftənin əvvəlindən bir neçə min aviareys təxirə salınıb. Arkanzas, Tennessi, Texas və Oklahoma ştatlarının bir sıra rayonlarında məktəblərdə dərslər ləğv edilib. Bəzi rayonlarda temperaturun mənfi 50 dərəcəyə enəcəyi gözlənilir.

"Poweroutage.us" portalı bildirir ki, qar fırtınası səbəbindən ölkə üzrə yarım milyondan çox ev və müəssisə işıqsız qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti