Bakı. Trend:
Perunun cənubundakı Arekipa departamentində torpaq sürüşməsi nəticəsində azı 40 nəfər həlak olub.
Trend-in məlumatına görə, bu barədə yerli "RPP" radio stansiyası bildirib.
Ən azı 20 nəfərin yaralandığı qeyd olunub. Sürüşmələrə səbəb Miski şəhərində baş verən sel olub. Təbii fəlakət nəticəsində 200-ə yaxın yaşayış binasını dağılıb. Təxminən 2 min ailə fəlakətdən zərər çəkib, xilasetmə qrupları artıq hadisə yerində çalışır.