Bakı. Trend:
60217 şəxsi heyət hazırda zəlzələ bölgəsində axtarış-xilasetmə işləri görür.
Trend-in məlumatına görə, bunu Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) zəlzələ riski və zəlzələlərin azaldılması üzrə baş direktoru Orhan Tatar deyib.
O qeyd edib ki, yardımlar koordinasiya olunmalıdı.
“425 ardıcıl sarsıntılar olub. Bunlar 5 və daha artıq ballıq olur. Bu cür sarsıntılar bir müddət davam edəcək. ”, -deyə o bildirib.
Xatırladaq ki, ötən gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.