Bakı. Trend:
ABŞ 2022-ci ildə təqribən 109,3 milyard kubmetr maye təbii qaz ixrac edib ki, bu da ötən ilki göstəricidən 8,5% yüksəkdir. Tədarüklərin əsas istiqaməti isə 69% göstərici ilə Avropa olub.
Trend-in məlumatına görə, bu barədə ABŞ Energetika Nazirliyinin aylıq hesabatı bildirilib.
Ötən il dünyada ABŞ maye təbii qazının əsas idxalçıları Fransa (16,4 milyard kubmetr), Böyük Britaniya (13,2 milyard kubmetr), İspaniya (12 milyard kubmetr), Niderland (10,8 milyard kubmetr) və Cənubi Koreya (8,07 milyard kubmetr) olub. Bu beş ölkənin payına ABŞ-ın bütün tədarükünün 55%-dən çoxu düşüb.