Bakı. Trend:
Pakistanın Kəraçi şəhərində polis bölməsinə hücum nəticəsində 2 polis həlak olub, 11 nəfər yaralanıb.
Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyi xəbər verib.
Məlumata əsasən, silahlılar basqın zamanı partladıcı qurğulardan istifadə ediblər.
Təhlükəsizlik qüvvələri bir neçə saatdan sonra binanı silahlılardan təmizləyib və üç yaraqlını öldürüb.
Talibanın Pakistandakı qolu “Təhrik-i-Taliban Pakistan” (TTP) terror təşkilatı hücuma görə məsuliyyəti üzərinə götürdüyünü bildirib.