...

NATO-nun baş katibi payızda vəzifəsini tərk etmək niyyətini təsdiq edib

Dünya xəbərləri Materials 21 Fevral 2023 02:31 (UTC +04:00)

Bakı. Trend:

NATO-nun baş katibi Yens Stoltenberq bu ilin payızında vəzifəsini tərk etmək niyyətində olduğunu təsdiq edib.

Trend xəbər verir ki, Y.Stoltenberq bu barədə CNN telekanalına müsahibəsində deyib.

"Bu payız vəzifəmdən ayrılıram və əminəm ki, alyans məni əvəz edəcək layiqli birini tapacaq", -deyə o bildirib.

O, hazırda bütün diqqətini NATO-nun Ukraynaya yardımına yönəltdiyi söyləyib.

Xatırladaq ki, NATO-nun sözçüsü Oana Lungesku fevralın 12-də "DPA"ya açıqlamasında Y.Stoltenberq bu ilin sentyabrında başa çatacaq səlahiyyət müddətini uzatmaq niyyətində olmadığını bildirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti