Bakı. Trend:
Fransa prezidenti Emmanuel Makron ölkə ordusunun Afrikadakı mövcudluğunu tezliklə əhəmiyyətli dərəcədə azaltmaq niyyətindədir.
Trend-in məlumatına görə, bu barədə E.Makron Yelisey sarayında çıxışı zamanı deyib.
"Dəyişikliklər qarşıdakı aylarda silahlı qüvvələrimizin nəzərəçarpacaq dərəcədə azaldılması və Afrikadakı bazalarımızda afrikalı tərəfdaşlarımızın sayının artması ilə başlayacaq", - deyə o bildirib.
O, Afrikaya səfərindən əvvəl "öz prioritetlərini və Fransa, Avropa və Afrika qitəsi arasında əməkdaşlığın dərinləşdirilməsi yollarını" təqdim etdi.
Makron “Afrika rəqabət platforması deyil” deyib.