...

Floridada propan daşıyan qatar relsdən çıxıb

Dünya xəbərləri Materials 1 Mart 2023 01:31 (UTC +04:00)
Floridada propan daşıyan qatar relsdən çıxıb

Bakı. Trend:

Çərşənbə axşamı ABŞ-ın Florida ştatının Manati dairəsində alçıpan və təxminən 135 min litr propan daşıyan qatarın bir neçə vaqonu relsdən çıxaraq aşıb.

Trend xəbər verir ki, bu barədə "Fox News 35" telekanalı məlumat yayıb.

Cənubi Manati rayonunun Yanğından Mühafizə İdarəsinin məlumatına görə, aşmış vaqonlardan birində təxminən 135 min litr propan olub.

Yerli vaxtla saat 12:00-a olan məlumata görə, termal görüntülərdə sızma müşahidə edilmir.

Hazırda təxliyə barədə göstəriş yoxdur. Qatarın hansı şirkətə məxsus olması barədə də məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti