...

Yunanıstanda sərnişin qatarları toqquşub, ölənlər və yaralananlar var

Dünya xəbərləri Materials 1 Mart 2023 04:05 (UTC +04:00)
Yunanıstanda sərnişin qatarları toqquşub, ölənlər və yaralananlar var

Bakı. Trend:

Yunanıstanın Larisa şəhəri yaxınlığında yerləşən Evangelizmos yaşayış məntəqəsində sərnişin qatarları toqquşub.

Trend xəbər verir ki, bu barədə çərşənbə günü "ERT1" telekanalı məlumat yayıb.

Məlumata əsasən, hadisə yerinə təxminən 30 təcili tibbi yardım briqadası, çox sayda yanğınsöndürən və xilasedicilər cəlb edilib.

Bildirilir ki, hadisə nəticəsində 8 nəfər həlak olub, 65 nəfər yaralanıb.

Qeyd deilir ki, ölkənin səhiyyə naziri Tanos Plevris təcili olaraq hadisə yerinə yollanıb.

Digər təfərrüatlar barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti