...

TÜRKSOY BMT-nin Sivilizasiyalar Alyansının Dostlar Qrupunun 159-cu üzvü olub

Dünya xəbərləri Materials 5 Mart 2023 03:21 (UTC +04:00)
TÜRKSOY BMT-nin Sivilizasiyalar Alyansının Dostlar Qrupunun 159-cu üzvü olub

Bakı. Trend:

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının (UNAOC) Dostlar Qrupunun 159-cu üzvü oldu.

Trend xəbər verir ki, bununla əlaqədar BMT-nin Sivilizasiyalar Alyansının Ali Nümayəndəsi TÜRKSOY-a məktub göndərib.

TÜRKSOY-un Baş katibi Sultan Raev bildirib ki, TÜRKSOY-a üzv ölkələr ilə UNAOC arasında sıx əlaqələr var, onların məqsədi bu əlaqələri ümumi zəmində daha da möhkəmləndirməkdir.

Qeyd edilib ki, TÜRKSOY və UNAOC indiyədək milli və beynəlxalq səviyyədə həyata keçirdikləri fəaliyyətlərlə mədəni diplomatiyanın tərəfdarları kimi güclərini birləşdirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti