...

ABŞ-da təyyarə qəzaya uğrayıb, ölən var

Dünya xəbərləri Materials 6 Mart 2023 03:01 (UTC +04:00)
ABŞ-da təyyarə qəzaya uğrayıb, ölən var

Bakı. Trend:

ABŞ-ın Nyu-York ştatında təkmühərrikli "Piper Pa 28" təyyarəsi qəzaya uğrayıb.

Trend xəbər verir ki, bu barədə ölkənin Federal Aviasiya İdarəsinə istinadən "NBC New York" telekanalı məlumat yayıb.

Məlumata əsasən, qəza nəticəsində 1 nəfər həlak olub, 2 nəfər isə yaralanıb.

Bildirilir ki, insident yerli vaxtla saat təxminən 15:00-da Lonq-Aylend adasında baş verib.

Qəzanın səbəbi araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti