...

Bu gün İranda qeyd olunan "Torpaq Çərşənbəsi"ndə 714 nəfər yaralanıb

Dünya xəbərləri Materials 14 Mart 2023 20:58 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranda bu gün Torpaq Çərşənbəsi ilə əlaqədar baş verən hadisələr nəticəsində bu saatadək 714 nəfər yaralanıb.

Trend-in məlumatına görə, hadisələr nəticəsində 80 nəfərin bədən üzvü kəsilib, 208 nəfər gözündən yaralanıb, 136 nəfər xəstəxanaya yatırılıb.

Ən çox yaralılar Tehran vilayətində - 178 nəfər, Şərqi Azərbaycan vilayətində 79 nəfər, Qərbi Azərbaycan vilayətində isə 68 nəfərdir.

Qeyd edək ki, İranda 20 fevraldan bu günədək çərşənbə günləri ilə əlaqədar hadisələrdə 7 nəfər ölüb, 147 nəfər yaralanıb.

İranda çərşənbə günləri ilə əlaqədar əhali tərəfindən şənlik tədbirləri keçirilir. Şənlik tədbirlərində təhlükəli pirotexniki və partlayıcı vasitələrdən istifadə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti