...

ABŞ-da şokolad fabrikində baş verən partlayış nəticəsində 2 nəfər ölüb

Dünya xəbərləri Materials 25 Mart 2023 08:18 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-ın Yuest-Redinq şəhərində (Pensilvaniya ştatı) yerləşən "R.M. Palmer Company" şirkətinin fabrikində baş verən partlayış və yanğın nəticəsində 2 nəfər həlak olub, 9 nəfər isə itkin düşüb.

Trend xəbər verir ki, bu barədə "The Associated Press" agentliyi məlumat yayıb.

Məlumata əsasən, partlayış nəticəsində həmçinin fabrikin binası çöküb, yaxınlıqdakı digər binaya zərər dəyib.

Uest-Redinq xəstəxanasının sözçüsü Cessika Bezler hadisə nəticəsində 8 nəfərin xəstəxanaya yerləşdirildiyini bildirib.

Şəhərin polis rəisi Ueyn Holben bildirib ki, partlayışın səbəbi hələ müəyyən edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti