...

ABŞ-ın "Demokratiya Sammiti" həm virtual, həm də sürrealistikdir - Financial Times

Dünya xəbərləri Materials 29 Mart 2023 21:39 (UTC +04:00)
ABŞ-ın "Demokratiya Sammiti" həm virtual, həm də sürrealistikdir - Financial Times

Bakı. Trend:

Bu həftə ABŞ-da keçiriləcək "Demokratiya Sammiti" həm virtual, həm də sürrealistik xarakter daşıyır.

Trend xəbər verir ki, bunu "Financial Times" dərc olunan məqalənin müəllifi Edvard Lük bildirib.

"İştirakçılar arasında müxalifət lideri Rahul Qandini böhtan ittihamı ilə həbs etmək prosesində olan Hindistan və lideri Andres Manuel Lopez Obradorun azad və ədalətli seçkilərə son qoymağa çalışdığı Meksika da var. Belə dostlarla demokratiyanın düşmənə ehtiyacı yoxdur", - deyə müəllif bildirir.

Məqalədə qeyd edilir ki, "Hindistanın özünün müsəlman azlığına münasibəti bəlkə də Çinin Sincandakı siyasəti qədər pisdir. ABŞ Dövlət Departamenti sonuncunu "soyqırım" adlandırıb - bu, mümkün olan ən ciddi ittihamdır. Lakin Kəşmirdə baş verənlərlə bağlı Vaşinqtondan demək olar ki, heç nə eşidilmir".

Məqalə müəllifinin haqlı olaraq qeyd etdiyi kimi, sammitə nə Macarıstan, nə də Türkiyə dəvət olunmayıb ki, bu da suallar yaradır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti