...

Filippində sərnişin gəmisində yanğın olub, ölənlər var

Dünya xəbərləri Materials 30 Mart 2023 07:37 (UTC +04:00)
Filippində sərnişin gəmisində yanğın olub, ölənlər var

Bakı. Trend:

Filippində "Lady Mary Joy" adlı sərnişin gəmisində yanğın baş verib.

Trend xəbər verir ki, bu barədə cümə axşamı "ABS-CBN" mediaqrupu məlumat yayıb.

Məlumata əsasən, yanğın nəticəsində 12 nəfər həlak olub. Bildirilir ki, yanğın baş verən zaman gəmidə təxminən 200 nəfər olub.

Bildirilir ki, 57 sərnişin xilas edilib, onlardan 14-2 xəstəxanaya yerləşdirilib.

Qeyd edilir ki, itkin düşənlərin axtarışları davam etdirilir.

Yanğının səbəbi araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti