...

Erməni ordusu özünüməhvə keçib: hərbi qulluqçular arasında atışma

Dünya xəbərləri Materials 1 Aprel 2023 12:05 (UTC +04:00)
Erməni ordusu özünüməhvə keçib: hərbi qulluqçular arasında atışma

Bakı. Trend:

Göründüyü qədərilə erməni ordusu özünüməhvə keçib, belə ki, artıq hərbi qulluqçular bir-birinə atəş açır.

Trend-in məlumatına görə, bu gün Ermənistanın Müdafiə Nazirliyinin verdiyi məlumata əsasən, martın 31-də saat 22:50 radələrində cənub-şərq sərhəd zonasında son dərəcə pis görüntü şəraitində, anlaşılmazlıq səbəbindən Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçuları arasında atışma olub.

"Anlaşılmazlıq, pis görüntü... həddindən çox bəhanələr var və bu, kifayət qədər şübhəli görünür", - məlumatda deyilir.

Hadisədən sonra Ermənistan silahlı qüvvələrin hərbi qulluqçusu Qraç Saruxanyanın üzərində güllə yarası olan cəsədi aşkarlanıb. Başqa bir hərbi qulluqçu da yaralanıb.

Ermənistanın Müdafiə Nazirliyinin məlumatındakı bir məqam isə son dərəcə ironiya doğurur: "itkinin ağır kədərini bölüşür, mərhumun ailəsinə və yaxınlarına başsağlığı veririk!".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti