...

Finlandiya parlament seçkilərində müxalifət partiyaları liderlik edir

Dünya xəbərləri Materials 3 Aprel 2023 00:52 (UTC +04:00)
Finlandiya parlament seçkilərində müxalifət partiyaları liderlik edir

Bakı. Trend:

Finlandiyada bazar günü keçirilən parlament seçkilərində, ilkin məlumatlara görə, müxalifət partiyaları qalib gəlir.

Trend-in məlumatına görə, bu barədə "Yle" televiziya kanalı xəbər verib.

Məlumata əsasən, səslərin 87 faizini hesablayandan sonra seçicilərin 20,9 faizi keçmiş daxili işlər naziri və maliyyə naziri Petteri Orponun rəhbərlik etdiyi müxalifət Milli Koalisiya Partiyasına səs verib. İndi partiya 200 mandatdan 48-nə namizəd ola bilər.

Bildirilib ki, ikinci yerdə Riikka Purronun (20,5 faiz və 46 mandat) rəhbərlik etdiyi müxalif "Əsl Finlər" partiyası qərarlaşır, Baş nazir Sanna Marinin rəhbərlik etdiyi Sosial Demokrat Partiyası üçüncü yeri tutur (19,6 faiz və 43 mandat).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti