...

Trampın işinə mahiyyəti üzrə baxılması gələn il başlaya bilər

Dünya xəbərləri Materials 5 Aprel 2023 01:49 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-ın keçmiş prezidenti Donald Trampın işi üzrə növbəti ilkin məhkəmə iclası 2023-cü il dekabrın 4-nə təyin edilib.

Trend-in məlumatına görə, bu barədə "CNN" telekanalı xəbər verib.

D.Tramp məhkəmə iclasına şəxsən özü gəlməli olacaq. Bu, tərəflərin vəsatət qaldıra biləcəyi bir sıra prosessual iclaslarında ilk olacaq. Həmçinin belə iclaslarda həbs-qətimkan tədbiri məsələsinə baxılır. Hələlik D.Trampa qarşı heç bir qətimkan tədbir tətbiq edilməyib.

"AFP" agentliyi bildirib ki, tərəflər iş materialları ilə tanış olmaq üçün əlavə vaxt verilməsi barədə vəsatət qaldırmasalar, işin mahiyyəti üzrə baxılmasına 2024-cü ilin yanvarında başlanılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti