Bakı. Trend:
Türkiyədə 4,1 bal gücündə zəlzələ baş verib.
Trend xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata əsasən, zəlzələnin episentri Kahramanmaraş vilayətinin Göksun rayonunda olub.
Yeraltı təkanların ocağı 16,36 kilometr dərinlikdə yerləşib.