...

Yaponiyada qəzaya uğrayan hərbi helikopterin beş ekipaj üzvünün cəsədi tapılıb

Dünya xəbərləri Materials 16 Aprel 2023 10:06 (UTC +04:00)
Yaponiyada qəzaya uğrayan hərbi helikopterin beş ekipaj üzvünün cəsədi tapılıb

Bakı. Trend:

Xilasedicilər aprelin 6-da Miyako adasının cənubunda qəzaya uğrayan yüksək rütbəli hərbçiləri daşıyan Yaponiya hərbi helikopterinin ekipajının beş üzvünün cəsədini tapıblar.

Trend-in məlumatına görə, bu barədə "Kyodo" agentliyi xəbər verib.

Axtarış qrupu qəzaya uğrayan helikopterin qalıqlarını da tapıb.

Qəza zamanı təyyarədə 2 pilot və Kumamoto prefekturasında yerləşən Yaponiya Quru Özünümüdafiə Qüvvələrinin 8-ci Diviziyasının komandiri də daxil olmaqla 10 nəfər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti