...

Yaponiya sahillərində 5,5 bal gücündə zəlzələ olub

Dünya xəbərləri Materials 6 May 2023 01:12 (UTC +04:00)
Yaponiya sahillərində 5,5 bal gücündə zəlzələ olub

Bakı. Trend:

Yaponiyanın Honsü adası sahillərində 5,5 bal gücündə zəlzələ baş verib.

Trend xəbər verir ki, bu barədə "NHK" telekanalı məlumat yayıb.

Məlumata əsasən, yeraltı təkanların ocağı 70 kilometr dərinlikdə yerləşib. Zəlzələ təkcə Honsü adasındakı Aomori, Akita və İvate prefekturalarında deyil, şimaldakı Hokkaydo adasında da hiss olunub.

Zəlzələ nəticəsində dağıntılar və sunami təhlükəsi barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti