...

Yaponiyada zəlzələ nəticəsində 27 nəfər xəsarət alıb

Dünya xəbərləri Materials 6 May 2023 07:26 (UTC +04:00)

Bakı. Trend:

Yaponiyanın İsikava prefekturasında ötən gün baş verən zəlzələ nəticəsində 27 nəfər xəsarət alıb.

Trend xəbər verir ki, bu barədə şənbə günü "Kyodo" agentliyi məlumat yayıb.

Məlumata əsasən, xəsarət alanların hamısı yeraltı təkanların ən çox hiss olunduğu və bir neçə yaşayış binasının dağılmasına səbəb olduğu Sudzu qəsəbəsinin sakinləridir. Onların kksəriyyəti orta dərəcəli bədən xəsarətləri alıb, lakin iki nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Eyni zamanda, zəlzələ nəticəsində 1 nəfərin öldüyü də bildirilir.

Qeyd edək ki, ötən gün Yaponiyanın Honsü adası sahillərində 6,5 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri İsikava prefekturasının ərazisində, ocağı isə 12 kilometr dərinlikdə yerləşib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti