...

ABŞ-da avtomobil insanların üzərinə sürüb, ölənlər var

Dünya xəbərləri Materials 7 May 2023 22:06 (UTC +04:00)
ABŞ-da avtomobil insanların üzərinə sürüb, ölənlər var

Bakı. Trend:

ABŞ-ın Texas ştatının Braunsvil şəhərində evsiz şəxslərə yardım mərkəzi qarşısında avtomobil insanların üzərinə sürüb.

Trend-in məlumatına görə, bu barədə "ABC" televiziya kanalı polisə istinadən bildirib.

Məlumata əsasən, hadisə nəticəsində azı 7 nəfər ölüb, daha 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Avtomobilin sürücüsü saxlanılıb, o, hazırda xəstəxanadadır və qanında spirt və ya narkotik maddə olub-olmaması yoxlanılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti