Bakı. Trend:
Yaponiyanın Aiti prefekturasının İnadzava şəhərində avtomobil supermarketə çırpılıb.
Trend xəbər verir ki, bu barədə şənbə günü "NHK" telekanalı məlumat yayıb.
Məlumata əsasən, yerli vaxtla saat 09:30-da (Bakı vaxtı ilə 04:30) baş insident nəticəsində azı 5 nəfər xəsarət alıb.
Bildirilir ki, avtomobil binanın girişinin qarşısında dayanan rəflərə, daha sonra isə yerli kənd təsərrüfatı kooperativinin idarə etdiyi supermarketə çırpılıb.
Qeyd edilir ki, avtomobilin sürücüsü və supermarketdə xəsarət alan bir qadın xəstəxanaya yerləşdiriliblər.