...

Türkiyədəki seçkilərdə səslərin 69,12 faizi hesablanıb - Ali Seçki Şurası

Dünya xəbərləri Materials 15 May 2023 01:24 (UTC +04:00)
Türkiyədəki seçkilərdə səslərin 69,12 faizi hesablanıb - Ali Seçki Şurası

Trend-i buradan izləyin

Bakı. Trend:

Türkiyə keçirilən prezident və parlament seçkilərində ümumilikdə səslərin 69,12 faizi hesablanıb.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Ali Seçki Şurasının sədri Ahmet Yener jurnalistlərə açıqlaması zamanı deyib.

A.Yener bildirib ki, səslərin hesablanmasında heç bir gecikmə yoxdur.

Xatırladaq ki, bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilib.

Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan, Ata İttifaqının namizədi Sinan Oğan və Cumhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun namizədliyi təsdiqlənib.

Bununla yanaşı Türkiyə Böyük Millət Məclisinə 87 seçki dairəsində 600 millət vəkili seçiləcək. Seçkilərdə 24 partiya və 151 müstəqil namizəd iştirak edib.

Türkiyə ərazisində 191 mindən çox seçki qutusu qurulub. Ölkə daxilində 60 milyon 697 min 843 seçici qeydə alınıb. Onlardan 5 milyona yaxını ilk dəfə səs verənlərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti