...

Almaniya səfiri Türkiyə XİN-ə çağırılıb

Dünya xəbərləri Materials 17 May 2023 17:22 (UTC +04:00)

Bakı. Trend:

Almaniyanın Türkiyədəki səfiri Yurqen Şolts Alman polisinin Türkiyənin Sabah qəzeti ofisinə basqın etməsindən sonra Xarici İşlər Nazirliyinə çağırılıb.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, Türkiyə XİN bu barədə məlumat yayıb.

"Bütün dünyaya mətbuat azadlığını öyrətməyə çalışan Almaniyanın bu hərəkəti onun ikili standartlı yanaşmasını ortaya qoyur. Bu hadisənin Türkiyədə keçiriləcək prezident seçkiləri ərəfəsində həyata keçirilməsinin əsas səbəbi FETÖ terror təşkilatıdır", - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, bugün Alman polisi FETÖ terror təşkilatı üzvləri Cevheri Güven və Ercan Karakoyunun şikayəti ilə Türkiyənin Sabah qəzetinin ofisinə basqın edib və basqın nəticəsində qəzetin Almanya təmsilçisi İsmail Erel ve müdir Cemil Albay saxlanılıb.

Xəbər lenti

Xəbər lenti