...

Cənubi Koreya KXDR ilə əlaqəli üç təşkilat və yeddi şəxsə qarşı sanksiyalar tətbiq edib

Dünya xəbərləri Materials 23 May 2023 23:26 (UTC +04:00)

Bakı. Trend:

Cənubi Koreya hökuməti KXDR-dən olan üç təşkilata və yeddi fiziki şəxsə qarşı sanksiya tətbiq etmək qərarına gəlib.

Trend-in məlumatına görə, bu barədə Cənubi Koreya Xarici İşlər Nazirliyi bildirib.

"Hökumət Şimali Koreyanın 3 təşkilatına və 7 şəxsə qarşı sanksiya tətbiq edib. Hökumətimiz dövründə artıq yeddinci dəfədir ki, müstəqil sanksiyalar tətbiq edilir, ötən ilin oktyabrından 43 nəfər və 44 təşkilat sanksiyaya məruz qalıb", - nazirlik qeyd edib.

Koreya Respublikası Xarici İşlər Nazirliyinin məlumatında ​​bildirilib ki, KXDR-in “nüvə raket proqramının maliyyələşdirilməsinə töhfə verən”, o cümlədən İT mütəxəssislərini xaricə göndərməklə və ya bu sahədə platformaların hazırlanmasında iştirak edən təşkilatlar sanksiyalara məruz qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti