...

Stoltenberq Ankaraya səfər edəcək

Dünya xəbərləri Materials 1 İyun 2023 23:45 (UTC +04:00)
Stoltenberq Ankaraya səfər edəcək

Bakı. Trend:

NATO-nun baş katibi Yens Stoltenberq İsveçin NATO-ya daxil olması ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparmaq üçün tezliklə Ankaraya səfər etməyi planlaşdırır.

Trend xəbər verir ki, bu barədə YşStoltenberq Osloda jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, səfərin vaxtı hələ də müzakirə olunur.

Y.Stoltenberq İsveçin NATO-ya üzvlüyünün ölkənin, Skandinaviya ölkələri, Baltikyanı region və bütün alyans üçün əhəmiyyətini vurğulayıb.

O, həmçinin İsveçin yeni antiterror qanununu alqışlayaraq, bunun İsveç və Türkiyə arasında əməkdaşlığı gücləndirəcəyini və İsveçin öz öhdəliklərini yerinə yetirdiyini təsdiqləyəcəyini qeyd edib.

Y.Stoltenberq həmçinin terrorla mübarizədə Türkiyə ilə birlikdə işləməyə çağırıb. O, İsveçin NATO-ya daxil olması ilə bağlı protokolun tezliklə ratifikasiya olunacağına əminliyini ifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti