...

Neapol sahillərində Türkiyə gəmisini qaçırmaq istəyən şəxslər saxlanılıb

Dünya xəbərləri Materials 10 İyun 2023 02:47 (UTC +04:00)
Neapol sahillərində Türkiyə gəmisini qaçırmaq istəyən şəxslər saxlanılıb

Bakı. Trend:

İtaliyanın müdafiə naziri Quido Krozetto Türkiyənin ticarət gəmisini ələ keçirməyə cəhd edən şəxslərin saxlanıldığını açıqlayıb.

Trend xəbər verir ki, bu barədə o özünün "Twitter" səhifəsində yazıb.

"Gəmini qaçırmaq istəyən miqrantlar zərəsizləşdirilib və hər şey uğurla başa çatıb", - deyə nazir bildirib.

Xatırladaq ki, daha əvvəl Quido Krozetto bildirmişdi ki, SOS siqnalı verən gəminin heyətinə kömək üçün Hərbi Dəniz Qüvvələrinin xüsusi bölməsi göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti